...

Lisenziya almayan mehmanxanaların fəaliyyəti dayandırılacaq

Cəmiyyət Materials 2 Aprel 2007 14:30 (UTC +04:00)
Lisenziya almayan mehmanxanaların fəaliyyəti dayandırılacaq

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bu il ərzində dövlət lisenziyalarını almayan mehmanxanaların fəaliyyəti daynadırılacaq. Bu barədə bazar ertəsi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev jurnalistlərə açıqlama verib.

O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bütün mehmanxanaların (otellərin) araşdırılması nəzərdə tutulur: "Lisenziya almayan, dövlət qanunlarına riayət etməyən mehmanxanaların fəaliyyəti məhdudlaşdırılacaq. Bütün lisenziyaları əldə edən mehmanxanalar üç ay müddətində təkrar sertifikat almaq üçün müraciət etməlidir. Hazırda sertifikatların alınması və ulduzlaşdırılması prosesi getməkdədir"-deyə nazir bildirib.

O qeyd edib ki, Azərbaycanda hazırda 290 mehmana qeydiyyata alınıb. Lakin onlardan 60-a qədəri müvafiq normativlərə uyğun olaraq ulduzlarını alıb. Qarayev bildirib ki, nazirlik yalnız ulduzlarını alan mehmanxanaların keyfiyyət səviyyəsinə cavabdehdir.

Nazir əlavə edib ki, bu yaxınlarda üç böyük şirkətə mehmanxana lisenziyası verilib. Ölkədə turizm xidmətlərinin səviyyəsini yüksəltmək, beynəlxalq standartlara uyğunlaşdırmaq üçün lazımi normativ tədbirlər həyata keçiriləcək. Nazir əlavə edib ki, mehmanxaların 5 il üçün lisenziya haqqı 1500 manatdır.

Xəbər lenti

Xəbər lenti