...

İnzibati Prosessual Məcəllə Milli Məclisdə müzakirəyə çıxarılacaq

Cəmiyyət Materials 30 Aprel 2007 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsi tərəfindən Azərbaycanın İnzibati Prosessual Məcəlləsi hazırlanır. Bu barədə bazar ertəsi Bakıda Milli Məclisin inzibati və hərbi qanunvericilik şöbəsi müdirinin müavini Səyyad Kərimov məlumat verib.

Onun sözlərinə görə, layihə üzərində iş başa çatmaq üzrədir: "Mən Milli Məclisin ekspertləri ilə birgə bu sahədə təcrübəni öyrənmək üçün Almaniyaya səfər etdim və dünən bu ölkədən qayıtmışam. Bir həftə ərzində almaniyalı ekspertlərin iştirakı ilə İnzibati Prosessual Məcəllənin layihəsini müzakirə etdik və çox uğurlu müzakirələr alındı".

Kərimov qeyd edib ki, almaniyalı ekspertlərlə aparılan müzakirələr nəticəsində verilən təkliflər layihəyə əlavə olunacaq.

"Mayda İnzibati Prosessual Məcələ Milli Məclisin müzakirəsinə təqdim olunacaq", -deyə şöbə müdirinin müavini əlavə edib.

Xəbər lenti

Xəbər lenti