...

Azərbaycan Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, Ali Məhkəməyə qarşı iddia təmin olunmadı

Cəmiyyət Materials 2 May 2007 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Yasamal rayon məhkəməsində hakim İsa İsmayılovun sədrliyi ilə bu gün hüquqşünaslar İntiqam Əliyev və Ənnağı Hacıbəylinin Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, Ali Məhkəmə və Apellyasiya Məhkəməsinə qarşı iddiası üzrə qərar çıxarılıb.

Hacıbəyli çərşənbə günü Trend ə bildirib ki, iddia təmin olunmayıb. O, Yasamal rayon məhkəməsinin qətnaməsini ədalətsiz hesab etdiyindən Apellyasiya Məhkəməsinə şikayət veriləcəyini deyib.

İddiaçılar ədalətli məhkəmə araşdırması, informasiya almaq, səmərəli hüquqi müdafiə vasitələrinə malik olmaq və ayrı-seçkiliyə məruz qalmamaq hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət ediblər. İddianın qaldırılmasına əsas hüquqşünasların Vəkillər Kollegiyasına qarşı iddialarını qanunsuz olaraq qəbul etməkdən imtina edən Nəsimi rayon məhkəməsinin və Apellyasiya Məhkəməsinin hakimlərinin intizam məsuliyyətinə cəlb edilməsi barədə müraciətlərinə cavabdehlərin baxmaqdan imtina etmələri olub. Əliyev və Hacıbəyli cavabdehlərin onların müraciətlərinə baxmaqdan imtinasının qanunsuz sayılmasını və həmçinin informasiya sorğularına cavab verməkdən imtina edən Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurasının üzərinə informasiya sorğularına cavab vermək vəzifəsinin qoyulmasını tələb edirlər.Əliyev və Hacıbəyli cavabdehlərin onların müraciətlərinə baxmaqdan imtinasının qanunsuz sayılmasını və həmçinin informasiya sorğularına cavab verməkdən imtina edən Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurasının üzərinə informasiya sorğularına cavab vermək vəzifəsinin qoyulmasını tələb edirlər.

.

Xəbər lenti

Xəbər lenti