...

DAK sədri:"Tatar icması Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir, Ermənistanın təcavüzkarlığını pisləyir"

Cəmiyyət Materials 29 May 2007 18:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Tatarıstanın Kazan şəhərində Azərbaycanın Dağlıq Qarabağ probleminə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Bu barədə həmin toplantıda iştirak etmiş Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Cavad Derəxti çərşənbə axşamı məlumat verib.

Onun bildirdiyinə görə, konfransin ilk hissəsi mədəniyyətlərarası dialoq mövzusuna, ikinci bölümü isə Qarabağ probleminə həsr edilib. Toplantıda Qarabağ münaqişəsinin səbəbləri, tarixi və çözüm yolları müzakirə edilib. Derəxtinin sözlərinə görə, tatar icması bu məsələdə Azərbaycanı dəstəkləyir, Ermənistanın təcavüzkar siyasətini isə pisləyir: "Toplantıda Azərbaycan ərazisi olan Dağlıq Qarabağın Tatarıstan Respublikasi ilə eyni statusda olmasina baxmayaraq, ermənilərin törədikləri cinayətləri qeyd etdim. Tatarıstan Elmlər Akademiyasinin akademikləri, tarixçiləri Qarabağın qədim Azərbaycan torpağı olduğunu dəfələrlə vurğuladılar, bu məsələ ilə bağlı həqiqlərin tatar və digər icmaların, ictimai qurumların diqqətinə çatdırılması işində bizə dəstək olacaqlarını, var gücləri ilə kömək göstərəcəklərini söylədilər"-deyə Derəxti qeyd edib.

Konfransdan sonra DAK-ın nümayəndə heyəti Tatarıstan Konqresinin başqanı Rinat Zakirovla görüş keçirib. Kazanda həmçinin 28 may - Azərbaycanın Respublika Günü münasibətilə bayram konserti keçirilib.

DAK sədri mayın 31-də Sankt Peterburqda görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti