...

Tokio Olimpiada-2016-nı qəbul etmək uğrunda mübarizədə Bakının rəqibi olacaq

Cəmiyyət Materials 11 İyun 2007 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Olimpiada-2016-nı qəbul etmək uğrunda mübarizədə Bakının rəqiblərinin sayı artmaqdadır.

Trend in məlumatına görə, Azərbaycan paytaxtının növbəti rəqibi 1964-cı ildə yay olimpiadasını qəbul etmiş Tokio olub. Yaponiyanın Milli Olimpiya Komitəsi BOK-un mənzil-qərargahına müvafiq müraciət göndərib. Müraciətin yer aldığı məktubu Yaponiya MOK-nun prezidenti və Tokio meri Sintaro İsixara imzalayıb.

Olimpiada 2016-nı qəbul etmək istəyənlərin arasında Madrid, Praqa, Roma, Rio-de-Janeyro, Doxa və Çikaqo kimi şəhərlər var. Bütün namizəd-şəhərlər bu il sentyabrın 13-dək öz namizədliyini təqdim etməlidir.

Xəbər lenti

Xəbər lenti