...

Sabiq iqtisadi inkişaf nazirinin məhkəməsi zərərçəkən şəxslərin ifadələri ilə davam etdirilir

Cəmiyyət Materials 2 İyul 2007 13:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və onlarla birlikdə təqsirləndirilən digər 17 şəxsin məhkəməsi zərərçəkənlərin ifadələri ilə davam etdi.

Məhkəmədə 2004-cü ildə prezidentin fərmanı ilə veteran və əlillər üçün paylanması nəzərdə tutulmuş özəlləşdimrmə paylarının mənimsənilməsi epizodu üzrə 45 zərərçəkən dindirilib. Beylaqan, Saatlı, Yardımlı, Biləsuvar, Ağsu, Xocalı və Bakıdan olan zərərçəkənlər, əsasən Çernobıl və Qarabağ əlilləri və onların ailə üzvləri məhkəmə ifadəsində bildirdilər ki, 2004-cü ilin avqust ayından noyabr ayınadək özəlləşdirmə payının alınması üçün yerli banklara müraciət etsələrdə, onlara özəlləşdirmə payı əvəzinə 20 min manat (AZM) təklif olunub. Zərərçəkmişlər ifadələrində göstəriblər ki, onlara çatacaq özəlləşdirmə paylarının əvəzinə 20 min manat təklif olunmasını özlərinə təhqir hesab etdiklərindən pulu götürməkdən imtina ediblər. Zərərçəkmişlər ifadələrinin sonunda keçmiş iqtisadi inkişaf naziri Əliyev tərəfindən mənimsənildiyi göstərilən özəlləşdirmə paylarını tələb ediblər.

Məhkəmə iclası zərərçəkənlərin ifadələri ilə davam edir.

Xəbər lenti

Xəbər lenti