...

Ombudsman Azərbaycanda "Uşaq ili"nin keçirilməsi təşəbbüsü ilə dövlət başçısına müraciət edəcək

Cəmiyyət Materials 6 İyul 2007 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycan Ombudsmanı Elmira Süleymanova gələn il ölkədə "Uşaq ili"nin keçirilməsi təşəbbüsü ilə dövlət başçısına müraciət edəcək. Bu barədə cümə günü Ombudsmanın özü məlumat verib. Onun sözlərinə görə, belə bir ilin keçirilməsi uşaqların hüquqlarının daha da yaxşı qorunmasına birbaşa təsir edər və bu sahədə maarifləndirmə işi güclənər. Süleymanova bildirib ki, silsilə tədbirlər çərçivəsində Azərbaycanda uşaq dostu olan şəhərlər də salınmalıdır. Çünki Azərbaycan dünyada tətbiq olunan bu cür layihələrin həyata keçirilməsinə hazırdır.

Azərbaycanda əhalinin üç milyon yarımını (ölkə əhalisinin sayı 8.532.400 nəfərdir) uşaqlar təşkil edir.

Xəbər lenti

Xəbər lenti