...

“Kəpəz” özünə gəlir, çempionluğa iddialı “Xəzər-Lənkəran” sonuncu pilləyə düşüb

İdman Materials 30 Sentyabr 2012 22:48 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasında VII turun növbəti oyunları keçirilib.
“Kəpəz” özünə gəlir, çempionluğa iddialı “Xəzər-Lənkəran” sonuncu pilləyə düşüb

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Bu gün Azərbaycan Premyer Liqasında VII turun növbəti oyunları keçirilib.

Trend-in məlumatına görə, Sumqayıtın eyniadlı komandası öz meydanında "Bakı"nı qəbul edib. "Sumqayıt" isə bu qələbə sayəsində turnir cədvəlində dördüncü pilləyə yüksəlib.

Günün son qarşılaşması isə Bakıda keçirilib. "Rəvan" "Kəpəz"lə qarşılaşıb. "Rəvan" qələbə qazanacağı təqdirdə turnir cədvəlindəki mövqeyini bir qədər yaxşılaşdıra bilərdi. Lakin bu oyunda 3 xalı qazanan qonaqlar olub. Rəqibini 2:1 hesabıyla məğlub edən Gəncə təmsilçisi sonuncu pillədən qurtulub.

Bu turdan sonra çempionluğa iddialı "Xəzər-Lənkıran" komandası sonuncu pilləyə düşüb.

30 sentyabr (bazar)

Premyer Liqa, VII tur

20:00. "Rəvan" - "Kəpəz" 1:2

Qol: Yuri Fomenko, 28 (0:1); Xuan Manuel Varela, 42 (1:1); Bəxtiyar Soltanov, 45 (1:2)

Hakimlər: Cabbarov Rauf, Həsənov Coşqun, Əsgərov Azər, Əhmədov Ramil

AFFA nümayəndəsi: Oqtay Abdullayev

Hakim-inspektor: Füzuli Nəcəfov

Bayıl Arena.

"Rəvan": 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç, 11. Şerif Suma, 14. Xuan Manuel Varela, 15. Tural Cəlilov, 16. Orxan Lalayev, 18. Samuel Barlay, 20. Kristian Torres, 26. Fransis Bosman, 27. Nuran Qurbanov.

"Kəpəz": 16. Xəyal Zeynalov, 4. Azər Məmmədov (k), 6. Məhərrəm Hüseynov, 9. Bəxtiyar Soltanov, 10. Armand Feutçine, 8. Elvin Həsənəliyev, 15. Şahin Kərimov, 18. Nikolay Svejentsev, 20. Emin Əliyev, 30. Yuri Fomenko, 88. Bujamin Asani.

16:00. "Sumqayıt" - "Bakı" - 1:0

Qol: Pərdis Fərcad Azad, 37

Hakimlər: Əsgərov Elvin, Ramazanov Rahil, Əliyev İlham, Məmmədov Elçin

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Nüvər Xasıyev

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Sarı vərəqələr: Aftandil Hacıyev, 57 (qeyri-idman hərəkəti); Slavik Alxasov, 71 (qeyri-idman hərəkəti); Murad Ağayev, 85 (qeyri-idman hərəkəti) // Deividas Çesnauskis, 39 (qeyri-idman hərəkəti); Nenad Kovaçeviç, 90 (qeyri-idman hərəkəti)

"Sumqayıt": 1. Səlahət Ağayev, 2. Slavik Alxasov,

3. Aftandil Hacıyev, 5. Murad Doymuş, 6. Taner Taktak, 7. Pərdis Fərcad Azad (17. Emin Cəfərquliyev, dəq.90), 9. Orxan Əliyev

(91. Ruslan Qurbanov, dəq.66), 10. Ceyhun Sultanov (k), 13. Murad Ağayev, 22. Xəyal Mustafayev, 76. Uğur Pamuk (27. Ramil Həşimzadə, dəq.85)

"Bakı": 82. Edin Nuredinoski, 6. İbrahim Karqbo, 7. Deividas Çesnauskis (36. Uinston Parks, dəq.76), 11. Elvin Məmmədov, 15. Cəmşid Məhərrəmov (k),21. Novruz Məmmədov, 22. Evangelios Mantzios,

24. Nenad Kovaçeviç, 25. Şəhriyar Əliyev, 27. George Popxadze (10. Lukas Mario Horvat, dəq.59), 77. Aleksandar Soliç (23. Maris Verpakovskis, dəq.66)

29 sentyabr (şənbə)

"Simurq" - "Qarabağ" - 0:0

Hakimlər: Ağayev Əliyar, Musayev Elman, Məmmədov Rza, Məmmədov İnqilab

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Xəqani Məmmədov

Zaqatala şəhər stadionu.

"Simurq": 22. David Pietrzkieviç, 2. İlkin Qırtımov, 4. Dilaver Zrnanoviç, 6. Anderson Olivyera, 8. Qərib İbrahimov, 9. Marçin Burxardt, 10. Zdravko Popoviç, 13. Aleksandr Şemonayev (k), 15. Stepan Polyak, 21. Murad Səttarlı, 25. Mario Bojiç

"Qarabağ": 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli

"Turan" - "Xəzər Lənkəran" - 2:1

Qollar: Sadio Tounkara, 45 (0:1), Salif Ballo, 56 (1:1), 59 (2:1)

Qırmızı vərəqə: Ruslan Abışov, 20 ("Xəzər Lənkəran), Elnur Allahverdiyev, 77 ("Xəzər Lənkəran")

Hakimlər: Həsənov Rəhim, Musayev Vaqif, Zeynalov Zeynal, Məhərrəmov Ramiz

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Akif Məmmədov

Tovuz şəhər stadionu.

"Turan": 28. Andrey Popoviç, 6. Mikayıl Rəhimov, 17. Fərmayıl Əliyev, 26. Aleksandr Krutskeviç, 13. Marius Kazlauskas, 24. Ruslan Zubkov, 21. Antonio Rukavina (k), 11. Qoqi Pipia, 23. İrakli Beraya, 14. Ender Günlü, 5. Fərid Quliyev

"Xəzər Lənkəran": 85. Kamal Bayramov, 7. Sadio Tounkara, 5. Elnur Allahverdiyev, 8. Eder Bonfim, 14. Rahid Əmirquliyev (k), 15. Ruslan Abışov, 16. Adrian Pit, 21. Radomir Todorov, 27. Adrian Skarlatake, 17. Kazım Kazımlı, 99. Andre Roberto "Beto"

"Qəbələ" - AZAL - 0:0

Hakimlər: Yusifov Fariz, Hüseynov Namiq, Acalov Elşən, Məmmədov Orxan

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Əhmədağa Cabbarov

Qəbələ şəhər stadionu.

Xəbər lenti

Xəbər lenti