...

Rövnəq Abdullayev: Azərbaycan klubları bundan sonra ən azı Avroliqanın qrup mərhələsinə düşməlidirlər

İdman Materials 10 Oktyabr 2012 20:00 (UTC +04:00)
Azərbaycan klubları bundan sonra ən azı Avroliqanın qrup mərhələsinə düşməlidirlər. Trend-in məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan Premyer Liqasının 2011/2012-ci il mövsümü qaliblərinin mükafatlandırılması mərasimində bildirib.
Rövnəq Abdullayev: Azərbaycan klubları bundan sonra ən azı Avroliqanın qrup mərhələsinə düşməlidirlər

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Azərbaycan klubları bundan sonra ən azı Avroliqanın qrup mərhələsinə düşməlidirlər. Trend-in məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan Premyer Liqasının 2011/2012-ci il mövsümü qaliblərinin mükafatlandırılması mərasimində bildirib.

Trend-in məlumatına görə, Premyer Liqanın qaliblərinin gec mükafatlandırılmasına münasibət bildirən Abdullayev deyib ki, qaliblərə mükafatların gec verilməsi Olimpiya Oyunları və ölkəmizdə keçirilən mühüm idman tədbirlərinə görədir.

"Futbolda böyük inkişaf baş verdi. Premyer Liqa çox maraqlı oldu, gözəl nəticələr qeydə alındı. Yeni stadionlar tikilib istifadəyə verildi ki, bu da inkişaf deməkdir. İnanıram ki, cari çempionatda daha gözəl nəticələr əldə edəcəyik və klublarımız bizi sevindirəcək. "Neftçi"nin bu mövsüm Avropa Liqasının qrup mərhələsinə düşməsi bütün Azərbaycan futbolunun uğurudur. Artıq klublar bilməlidir ki, bundan sonra onların məqsədi ən azı Avroliqanın qrup mərhələsinə düşməkdir", - AFFA prezidenti qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti