...

İngiltərə klubu "Barselona"nın futbolçusuna 17 milyon avro ödəməyə hazırdır

İdman Materials 5 Yanvar 2013 12:16 (UTC +04:00)
İngiltərənin "Arsenal" komandası "Barselona"nın ispaniyalı hücumçusu David Vilyanın transferi üçün 17 milyon avro ödəməyə hazırdır. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, London klubu Vilyaya Kataloniya komandasında aldığı qədər məvacib verməyə razıdır.
İngiltərə klubu "Barselona"nın futbolçusuna 17 milyon avro ödəməyə hazırdır

Azərbaycan, Bakı, 5 yanvar/Trend/

İngiltərənin "Arsenal" komandası "Barselona"nın ispaniyalı hücumçusu David Vilyanın transferi üçün 17 milyon avro ödəməyə hazırdır. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, London klubu Vilyaya Kataloniya komandasında aldığı qədər məvacib verməyə razıdır.

Bununla belə, "Barselona" rəhbərliyi dəfələrlə bəyan edib ki, qış transfer dövründə 31 yaşlı oyunçu ilə ayrılmaq niyyətində deyil. Hətta bu yaxınlarda Kataloniya təmsilçisi İngiltərənin digər komandası "Liverpul"un Vilyanı icarəyə götürmək təklifini qəbul etməyib.

Qeyd edək ki, Vilya bu mövsüm "Barselona"nın heyətində 20 oyunda iştirak edib və 8 qola imza atıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti