...

Azərbaycan idmançıları buzadırmanma üzrə Dünya kuboku yarışlarında iştirak edəcəklər

İdman Materials 23 Yanvar 2013 16:08 (UTC +04:00)
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) son illər buzadırmanma idman növü üzrə yetişdirdiyi 5 idmançı İsveçrənin Saas-Fee şəhərində keçirilən buzadırmanma üzrə Dünya kuboku yarışlarının 2-ci mərhələsində iştirak ediblər.
Azərbaycan idmançıları buzadırmanma üzrə Dünya kuboku yarışlarında iştirak edəcəklər

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) son illər buzadırmanma idman növü üzrə yetişdirdiyi 5 idmançı İsveçrənin Saas-Fee şəhərində keçirilən buzadırmanma üzrə Dünya kuboku yarışlarının 2-ci mərhələsində iştirak ediblər. Bu barədə çərşənbə günü Trend-ə federasiyanın mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının idmançıları ötən ildən başlayaraq buzadırmanma üzrə Dünya kuboku yarışlarına qoşulublar.

Buzadırmanma üzrə Dünya kuboku yarışlarının 2-ci mərhələsində Cənubi Qafqazdan 8 idmançı iştirak edib. Mürəkkəblik mərhələsi üzrə keçirilən yarışda idmançımız Renat Rəhimxanov Cənubi Qafqazdan olan idmançılar arasında ən yaxşı nəticə göstərib. Sürət üzrə keçirilən yarışlarda da idmançılarımız qənaətbəxş nəticələr göstəriblər.

FAIREX idmançılarından təşkil olunmuş Azərbaycan komandası yanvarın 26-27-də İtaliyada keçiriləcək buzadırmanma üzrə Dünya kuboku yarışlarında daha geniş tərkibdə iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti