...

Güləş Olimpiya Oyunlarının proqramından çıxarıla bilər

İdman Materials 12 Fevral 2013 15:48 (UTC +04:00)
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi güləş idman növünü 2020-ci il Yay Olimpiya Oyunlarının proqramından çıxarmağı tövsiyə edib.
Güləş Olimpiya Oyunlarının proqramından çıxarıla bilər

Azərbaycan, Bakı, 12 fevral /Trend/

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi güləş idman növünü 2020-ci il Yay Olimpiya Oyunlarının proqramından çıxarmağı tövsiyə edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı BOK-un rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Belə qərar bu gün Lozannada keçirlən iclasda qəbul edilib. İclasda BOK İcraiyyə Komitəsinin üzvləri məruzəni nəzərdən keçiriblər. Məruzədə hazırda Yay Olimpiya Oyunlarının proqramında olan 26 idman növünün hər birinə 30-dan çox meyar əsasında qiymət verilir.

Bununla belə, güləşin bütün növləri - yunan-Roma, sərbəst və qadın güləşinin çıxarılmasının tövsiyə edildiyi dəqiq deyil.

Olimpiadanın proqramına dair yekun qərar BOK-un sentyabrda Buenos-Ayresdə keçiriləcək 125-ci sessiyasında qəbul ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti