...

Çempionlar Liqasında yarımfinal görüşləri müəyyənləşib: alman və ispan mübarizəsi

İdman Materials 12 Aprel 2013 15:31 (UTC +04:00)
Çempionlar liqasında yarımfinal görüşləri müəyyənləşib
Çempionlar Liqasında yarımfinal görüşləri müəyyənləşib: alman və ispan mübarizəsi

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir E.Tanrıverdiyev/

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib. Trend-in məlumatına görə, püşkatma nəticəsində Almaniyanın "Bavariya" klubu İspaniyanın "Barselona" klubu ilə qarşılaşacaq.

Digər görüşdə isə, Almaniyanın "Borussiya" klubu İspaniyanın "Real" klubu ilə qarşılaşacaq.

ÇL yarımfinal mərhələsinin ilk oyunları aprelin 23-24-də, cavab qarşılaşmaları isə aprelin 30-u və mayın 1-də baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti