...

Hindistana Olimpiya oyunlarında iştirakla bağlı tətbiq edilən qadağa aradan qaldırıldı

İdman Materials 11 Fevral 2014 11:45 (UTC +04:00)
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Hindistana Olimpiya oyunlarında iştirakla bağlı tətbiq edilən qadağanı aradan qaldırıb.
Hindistana Olimpiya oyunlarında iştirakla bağlı tətbiq edilən qadağa aradan qaldırıldı

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Hindistana Olimpiya oyunlarında iştirakla bağlı tətbiq edilən qadağanı aradan qaldırıb. Trend-in məllumatına görə, bu barədə Röyter agentliyinə qərarın qəbuluna yaxın mənbədən bildirilib.

Qadağanın ləğvi fevralın 10-da Narayan Ramaçandranın Hindistan Milli Olimpiya Komitəsinə yeni prezident seçilməsindən sonra mümkün olub.

BOK-un kommunikasiyalar üzrə direktoru Mark Adams çərşənbə axşamı jurnalistlərə bəyan edib: "Olimpiya oyunlarının keçirildiyi tarixdə ilk dəfə olaraq Olimpiya statusu bərpa edildi və bundan sonra Hindistan öz bayrağı altında çıxış etməkdə davam edəcək. Bayraq bir qədər sonra elan ediləcək xüsusi mərasimdə qaldırılacaq".

Qeyd edək ki, BOK 2012-ci ilin dekabrında Hindistanı ölkə MOK-un rəhbərliyinə korrupsiyada şübhəli bilinən məmurların seçilməsindən sonra Olimpiya oyunlarında iştirakdan müvəqqəti kənarlaşdırmışdı. Hindistan idmançıları Soçi olimpiadasında milli deyil, Olimpiya bayrağı altında çıxış edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti