...

Bakı 2015 Olimpiya Oyunları üçün 24 mindən çox sorğu blankı elektronlaşdırılıb

İdman Materials 27 May 2014 13:16 (UTC +04:00)
Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu (AzGF) və Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin birgə dəstəyi ilə Bakı və regionların təhsil müəssisələrinin tələbələri arasında bu möhtəşəm idman tədbiri ilə bağlı keçirilən rəy sorğusunun ilkin nəticələri bəlli olub.
Bakı 2015 Olimpiya Oyunları üçün 24 mindən çox sorğu blankı elektronlaşdırılıb

Azərbaycan, Bakı, 27 may /Trend/

Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu (AzGF) və Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin birgə dəstəyi ilə Bakı və regionların təhsil müəssisələrinin tələbələri arasında bu möhtəşəm idman tədbiri ilə bağlı keçirilən rəy sorğusunun ilkin nəticələri bəlli olub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ümumilikdə 105 min tələbə-gəncin iştirak etdiyi sorğuda 24 182 sorğu blankı elektronlaşdırılıb. Onlardan 12 472 nəfəri kişi, 11 714-ü isə qadındır. 4048 nəfər 18 yaş, 6005 nəfər 19 yaş, 9612 nəfər 20 yaş, 2483 nəfəri isə 21 yaş həddindədir.

Tələbələrdən 13 584-ü Bakı 2015 Avropa Oyunlarında könüllü qismində iştirak etmək istəyində olduğunu bildirib ki, onlardan 6703-ü kişi, 6881-i isə qadınlardır.

Bu günə olan statistikaya görə, sorğuda iştirak etmiş tələbə-gənclər arasında Avropa Oyunlarına daxil bu və ya digər idman növləri üzrə kişilər arasında 3941 nəfər güləşə, 3812 nəfər boksa, 3437 nəfər isə cudoya azarkeşlik etmək istədiyini bildirib.

Statistikaya əsasən, ən çox azarkeşlik edilən idman növləri aşağıdakılardır:

Voleybol - 9191 nəfər
Su idmanı növləri - 6555 nəfər
Bədii gimastika - 6059 nəfər
Velosiped idmanı - 5485 nəfər

Qadınlar arasında isə 6059 nəfər voleybola, 4379 nəfər bədii gimnastikaya, 3646 nəfər isə su idmanı növlərinə azarkeşlik etmək istədiyini bildirib. Sorğuda iştirak etmiş respondentlərə bir neçə idman növünü seçmək imkanı verilib.

Bu il mayın 7-dən başlanmış sorğu və toplanmış anketlərin elektronlaşdırılması prosesi bu həftə ərzində yekunlaşacaq.

Qeyd edək ki, elektronlaşdırılmış bütün sorğu anketləri vahid məlumat bazasında toplanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti