...

“Naxçıvan Open 2015” beynəlxalq şahmat festivalı

İdman Materials 6 May 2015 13:52 (UTC +04:00)
Naxçıvan-Open 2015” beynəlxalq şahmat festivalının dördüncü turuna yekun vurulub.
“Naxçıvan  Open 2015” beynəlxalq şahmat festivalı

Azərbaycan, Bakı, 6 may /Trend/

"Naxçıvan-Open 2015" beynəlxalq şahmat festivalının dördüncü turuna yekun vurulub.

Trend-in məlumatına görə, "A" qrupunda üç turda qələbə qazanan azərbaycanlı qrossmeyster Ülvi Bacarani 4-cü turda ilk məğlubiyyətini yaşayıb. Belə ki, gürcüstanlı Levan Pantsuliayla üz-üzə gələn həmyerlimiz rəqibin müqavimətini qıra bilməyib. Turnir cədvəlinin digər liderlərindən olan qrossmeysterlər Rauf Məmmədov və Azər Mirzəyev, Eltac Səfərli və Zaur Məmmədov, Aleksandr Xalifman və Pouya İdani qarşılaşmaları sülhlə nəticələnib. Vladimir Onişuk Eldar Qasanova qalib gələrək xal ehtiyatını üçə çatdırıb. Tviakov Sergey isə Vüqar Rəsulovu məğlub edib. Çin təmsilçisi Hou Yifan bu turda azərbaycanlı beynəlxalq usta Bəhruz Rzayevlə üzləşib. Gərgin keçən mübarizədən Hou Yifan qalib ayrılıb.

4 turdan sonra "A" turnirində Gürcüstan təmsilçisi Levan Pantsulaya aktivinə 4 xal yazaraq yeganə lideridir.

Festivalın "B" turnirində azərbaycanlı zəka sahibləri Rəşad Zeynallı,Vəli Zeynalzadə və İran təmsilçisi Kaboodi Behrəng 4 turdan sonra maksimum nəticə ilə liderdilər. Zaur Süleymanlı, Məhəmməd Muradlı, Nurlan Şabanov, Giorgi Komeriki və Toğrul Həsənzadə rəqiblərindən yarım xal az toplayaraq ilk onluqdadırlar.

Beynəlxalq şahmat festivalının "C" turnirində isə 4 şahmatçı - Naxçıvan təmsilçisi Kənan Şəfizadə, Bakı şahmatçıları - Altay Eynullayev, Mətin Mürsəlli və Sumqayıt idmançısı Ləman Hacıyeva maksimum (4 oyundan 4 xal) nəticə ilə liderdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti