...

"Mançester" inamlı qələbə qazandı, CSKA isə uduzdu

İdman Materials 19 Avqust 2015 01:44 (UTC +04:00)
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.
"Mançester" inamlı qələbə qazandı, CSKA isə uduzdu

Azərbaycan, Bakı, 19 avqust /Trend/

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.

İngiltərə komandası "Mançester Yunayted" evdə Belçikalı "Brügge"-nı qəbul edib. Oyun "qırmızı şeytanlar"-ın qələbəsi ilə yekunlaşıb.

Oyunun 8-ci dəqiqəsində "Mançester"-in müdafiyəçisi Karrik öz qapısından top keçirsədə, Memfis Depay 13 və 43-cü dəqiqələrdə, Maruan Fellaini isə 90-cı dəqidə fərqlənərək komandalarına qələbə qazandırıblar.

Mərhələ çərçivəsində digər oyun Portuqaliyada keçib. "Sportinq" evdə Rusiya komandası CSKA-nı qəbul edib. Oyun ev sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Qollar: Qutierez (12 dəqiqə), Doumbia (40-cı dəqiqə), Slimani (82-ci dəqiqə).

Xəbər lenti

Xəbər lenti