...

Çempionlar Liqasında oyunların vaxtına dəyişikliklər edilə bilər

İdman Materials 30 May 2017 14:16 (UTC +04:00)
UEFA Çempionlar Liqasında oyunların vaxtına dəyişikliklər edilməsi gözlənilir.
Çempionlar Liqasında oyunların vaxtına dəyişikliklər edilə bilər

Bakı. Trend:

UEFA Çempionlar Liqasında oyunların vaxtına dəyişikliklər edilməsi gözlənilir.

Trend-in məlumatına görə, bu barədə "France Football" UEFA-dakı mənbələrə istinadən xəbər verir.

Çempionlar Liqası çərçivəsində bəzi oyunların, xüsusən də 1/4 final qarşılaşmalarının həftəortası əvəzinə həftəsonları keçirilməsi nəzərdə tutulur.

Televiziya yayım gəlirlərinin artırılmasına və daha çox tamaşaçı cəlb etməyə hesablanmış bu dəyişikliklərin 2021-dən tətbiq ediləcəyi planlaşdırılır.

Lakin bu dəyişikliklərin mənfi nəticələri də ola bilər. Belə ki, Avropa ölkələrinin çempionatlarında oyunlar əsasən həftəsonları keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti