...

Silven Andre: “Çox sağ ol, Bakı!”

İdman Materials 11 İyun 2018 15:23 (UTC +04:00)
Fransalı velosipedçi ötən ilin oktyabr ayında Bakıya səfərini xatırlayaraq Dünya Sınaq Yarışında da qələbə qazandığını vurğulayıb.
Silven Andre: “Çox sağ ol, Bakı!”

Bakı. Trend:

"Bu mənim sevinc göz yaşlarımdır. Bu cür anları hər gün yaşamırıq. Çox sağ ol, Bakı! Bu qələbə mənim üçün önəmli idi".

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, bunu Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatında kişilər arasında Elit kateqoriyasında çempion olmuş fransalı idmançı Silven Andre söyləyib:

Fransalı velosipedçi ötən ilin oktyabr ayında Bakıya səfərini xatırlayaraq Dünya Sınaq Yarışında da qələbə qazandığını vurğulayıb: “Bu dəfə üç həftə öncədən məşqlərə başladıq. Bu bizim üçün böyük təcrübə oldu. Özüm üçün ən güclü rəqib komanda yoldaşım Joris Dodeni görürdüm. Çünki bütün yarış ərzində qrupda əsas lider o idi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti