...

Velosipedçilərimiz Türkiyədə beynəlxalq turnirdə uğur qazanıb (FOTO)

İdman Materials 16 İyul 2018 14:52 (UTC +04:00)
Türkiyənin Kastamonu şəhərində 15 iyul - Demokratiya və Milli Birlik Günü münasibətilə təşkil olunan beynəlxalq turnir velosipedçilərimizin uğurlu çıxışı ilə yadda qalıb.
Velosipedçilərimiz Türkiyədə beynəlxalq turnirdə uğur qazanıb (FOTO)

Bakı. Trend:

Türkiyənin Kastamonu şəhərində 15 iyul - Demokratiya və Milli Birlik Günü münasibətilə təşkil olunan beynəlxalq turnir velosipedçilərimizin uğurlu çıxışı ilə yadda qalıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, Türkiyə Velosiped Federasiyası və Kastamonu Gənclər və İdman İdarəsi tərəfindən təşkil edilən yarışın gənclər kateqoriyasında fəxri kürsün ilk 3 pilləsində Azərbaycan velosipedçiləri qərarlaşıblar.

Məşqçi Asif Həsənovun rəhbərliyi altında Türkiyədə 4 gənc velosipedçimiz – Xankişi İsgəndərov, Mahmud Məmmədov, İvan Orlov və Əli Qurbanov çıxış edib. 100 km-lik marşrutu hamıdan tez Mahmud Məmmədov qət edərək finiş xəttini 1-ci keçib. Yığmamızın digər üzvləri İvan Orlov və Xankişi İsgəndərov isə müvafiq olaraq 2-3-cü yerləri tutublar. Əli Qurbanov 5-ci nəticə göstərib. Yığmamız komanda hesabında da 1-ci olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti