...

Velosipedçimiz Belçikada çempion oldu (FOTO)

İdman Materials 17 İyul 2018 14:03 (UTC +04:00)
Azərbaycanın şosse velosipedi üzrə Elit yığması və “Baku Cycling Project” kontinental komandasının üzvü Kiril Pozdnyakov Belçikada keçirilən nüfuzlu “Dentergem” turunun qalibi olub.
Velosipedçimiz Belçikada çempion oldu (FOTO)

Bakı. Trend:

Azərbaycanın şosse velosipedi üzrə Elit yığması və “Baku Cycling Project” kontinental komandasının üzvü Kiril Pozdnyakov Belçikada keçirilən nüfuzlu “Dentergem” turunun qalibi olub.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, 169,6 km-dən ibarət olan və 110 velosipedçinin iştirak etdiyi birgünlük yarış təmsilçimizin solo-finişi ilə yadda qalıb.

Bu ilin iyununda keçirilən Azərbaycan çempionatının qalibi olmuş Kiril Pozdnyakov çempion köynəyi ilə mübarizə apardığı ilk yarışda məsafəni 3 saat, 45 dəqiqə, 30 saniyəyə başa vurub və ən yaxın izləyicisini 11 saniyə qabaqlayıb.

Qeyd edək ki, 1954-cü ildən etibarən təşkil edilən “Dentergem” turu Belçikanın ən nüfuzlu yarışlarından sayılır və müxtəlif illərdə planetin ən güclü velosipedçiləri bu yarışın qalib və mükafatçısı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti