...

"Qarabağ"ın potensial rəqibləri məlum oldu

İdman Materials 23 İyul 2018 14:30 (UTC +04:00)
"Qarabağ"ın potensial rəqibləri məlum oldu.
"Qarabağ"ın potensial rəqibləri məlum oldu

Bakı. Trend:

İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Trend-in məlumatına görə, püşkün nəticəsinə əsasən, “Qarabağ” - “Kukesi” (Albaniya) cütünün qalibi Çempionlar Liqasının III təsnifat mərhələsində BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Üçüncü təsnifat mərhələsinin ilk oyunları 7-8 avqust, cavab qarşılaşmaları isə 14 avqustda keçiriləcək.

Bu gün, həmçinin Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq. Əgər "Qarabağ" "Kukesi" səddini keçə bilməsə, aşağıdakı 9 komandadan birinə rəqib olacaq:

TNS (Uels) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi
“Torpedo” (Kutaisi, Gürcüstan) - “Vikinqur” (Farer adaları) cütünün qalibi
“Spartak” (Latviya) - “La Fiorita” (San-Marino) cütünün qalibi
APOEL (Kipr) - “Flora” (Estoniya) cütünün qalibi
“Kork Siti” (İrlandiya)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti