...

Azərbaycan yığması "Avro-2020"də növbəti oyununu keçirdi - HESAB?

İdman Materials 8 İyun 2019 22:03 (UTC +04:00)
İyunun 8-də futbol üzrə Azərbaycan millisi “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində Macarıstan yığması ilə qarşılaşıb
Azərbaycan yığması "Avro-2020"də növbəti oyununu keçirdi - HESAB?

Bakı. Trend:

İyunun 8-də futbol üzrə Azərbaycan millisi "Avro 2020"nin seçmə mərhələsi çərçivəsində Macarıstan yığması ilə qarşılaşıb.

Trend-in məlumatına görə, "E" qrupu çərçivəsində "Bakcell Arena"da keçirilən oyunda qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesab 16-cı dəqiqədə Macarıstan millisinin futbolçusu Villi Orbanın vurduğu qolla açılıb. Görüşdəki ikici qolu da macarlar vurub. Yenə Villi Orban fərqlənib.

Oyunda komandamızın yeganə qolunu matçın 69-cu dəqiqəsində Mahir Emreli vurub.

David Holman qonaqların 3-cü qolunu vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti