...

Olimpiya Festivalında çıxış edəcək velosipedçilər müəyyənləşib (FOTO)

İdman Materials 16 İyul 2019 16:13 (UTC +04:00)
İyulun 21-27-də Bakıda keçiriləcək Avropa Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı təmsil edəcək oğlan və qızlardan ibarət yığma komandalarımızın heyəti məlum olub.
Olimpiya Festivalında çıxış edəcək velosipedçilər müəyyənləşib (FOTO)

Bakı. Trend:

İyulun 21-27-də Bakıda keçiriləcək Avropa Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı təmsil edəcək oğlan və qızlardan ibarət yığma komandalarımızın heyəti məlum olub.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, mötəbər yarışda 3 qız və 3 oğlan velosipedçimiz yarışacaq.

Seçim zamanı iyulun 12-14-də keçirilən ölkə birinciliyinin qrup ötüşməsinin (ilk 3 yer), həmçinin EYOF-a hazırlıq məqsədilə Belçikada təşkil edilən təlim-məşq toplanışı və bir sıra yoxlama yarışlarının nəticələri əsas götürülüb.

Qızlar

Lalə Əbdürəhmanova (7 saylı Olimpiya Məktəbi)

Gülşən İsmayılova (7 saylı Olimpiya Məktəbi)

Məleykə İsgəndərova (Respublika Olimpiya Velosiped Məktəbi)

Oğlanlar

Nikita Sıtov (Respublika Olimpiya Velosiped Məktəbi)

Mustafa Muxtarlı (7 saylı Olimpiya Məktəbi)

Nofəl Nuriyev (“Neftçi” İdman Klubu İctimai Birliyi)

EYOF proqramına əsasən, iyulun 23-də fərdi, 25-də isə qrup ötüşməsi üzrə qaliblərin adına aydınlıq gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti