Bakı. Trend:
Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.
Trend-in məlumatına görə, çempionatın beşinci yarış günündə qadın güləşçilər 57, 59, 65 və 76 kiloqram çəki dərəcələrində mübarizə aparırlar.
Güləşçimiz Elis Manolova (65 kq) çempionata qələbə ilə başlayıb. Hindistan güləşçisi Kaur Novjata qalib gələn təmsilçimiz dörddəbir finalda türkiyəli Kadrie Aksoya qalib gəlib. Yarımfinalda güləşçimizin rəqibi Rusiya idmançısı İnna Trajukova olacaq.
Qeyd edək ki, dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.