Bakı. Trend:
Bu gün futbol üzrə Azərbaycan milli komandası AVRO-2020-nin seçmə qrupunda növbəti oyununu keçirib.
Trend-in məlumatına görə, Azərbaycan yığması Macarıstan milli komandasının qonağı olub.
Oyun ev sahibinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu M.Korxut vurub.
Beləliklə, Azərbaycan yığması 6 turdan sonra 1 xalla qrupda sonuncu yerdə qərarlaşır.