...

Bakıda keçiriləcək “Avro-2020” oyunlarının vaxtı müəyyənləşdi

İdman Materials 17 İyun 2020 18:57 (UTC +04:00)
Bakıda keçiriləcək “Avro-2020” oyunlarının vaxtı müəyyənləşdi

Bakı. Trend:

Futbol üzrə “Avro-2020”nin təqvimi açıqlanıb.

Trend-in məlumatına görə, pandemiya ilə əlaqədar 2021-ci ilə təxirə salınan çempionata Bakı, Sankt-Peterburq, London, Münxen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi edəcək.

Turnirin “A” qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə oyunlarına, həmçinin dörddəbir final mərhələsinin bir matçına Bakı Olimpiya Stadionu ev sahibliyi edəcək. Belə ki, İsveçrə-Uels oyunu iyunun 12-də, Türkiyə-Uels qarşılaşması ayın 16-da, Türkiyə-İsveçrə matçı isə dörd gün sonra təşkil olunacaq. Bakıda baş tutacaq dörddəbir final mərhələsinin bir görüşü isə iyulun 3-də keçiriləcək.

Qeyd edək ki, “Avro-2020” gələn il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti