...

AVRO-2020: Belçika Rusiyanı böyük hesabla məğlub etdi

İdman Materials 13 İyun 2021 01:40 (UTC +04:00)
AVRO-2020: Belçika Rusiyanı böyük hesabla məğlub etdi

Bakı. Trend:

Rusiya yığmasının futbolçuları Avropa çempionatında Belçika yığmasına məğlub olublar.

Trend-in məlumatına görə, Sankt-Peterburqda keçirilən görüş 3:0 hesabı ilə bitib.

Qollardan ikisini 10-cu və 89-cu dəqiqələrdə Romelu Lukaku, daha birini isə 34-cü dəqiqədə Tomas Menye vurublar.

Qarşılaşmanı tribunalardan 26 264 azarkeş izləyib.

Komandalar B qrupunun üzvüdür. Qrupun digər oyununda Finlandiya Danimarkanı məğlub edib - 1:0. Hazırda Belçika və Finlandiya komandaları hərəsi 3 xala sahibdir.

Çempionat çərçivəsində növbəti matç Rusiya ilə Finlandiya arasında Sankt-Peterburqda iyunun 16-da baş tutacaq. Belçika isə Danimarka ilə Kopenhagendə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti