...

Çempionlar Liqası: "Mançester Siti" yarımfinalın ilk oyununda "Real Madrid"i məğlub edib

İdman Materials 27 Aprel 2022 01:07 (UTC +04:00)
Çempionlar Liqası: "Mançester Siti" yarımfinalın ilk oyununda "Real Madrid"i məğlub edib

Bakı. Trend:

İngiltərənin “Mançester Siti” futbol klubu Çempionlar Liqasının ilk yarımfinal oyununda İspaniyanın "Real Madrid" klubunu 4:3 hesabı ilə məğlub edib.

Trend-in məlumatına görə, qarşılaşma Mançesterin "Siti of Mançester" stadionunda keçirilib.

“Mançester Siti”nin heyətində qolları Kevin de Bröyne (2-ci dəqiqə), Qabriel Jezus (11), Fil Foden (53), Bernardo Silva (74) vurub. "Real Madrid"dən Kərim Benzema (33; 81, penaltidən), Vinisius (55) fəqrləniblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti