...

“Neftçi” Türkiyədə ilk yoxlama oyununda heç-heçə edib

İdman Materials 6 İyul 2022 20:50 (UTC +04:00)
“Neftçi” Türkiyədə ilk yoxlama oyununda heç-heçə edib

Bakı. Trend:

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan Bakının “Neftçi” futbol klubu ilk yoxlama oyununu keçirib.

Trend xəbər verir ki, baş məşqçi Laurentsiu Regekampfın komandası Türkiyə Birinci Liqasında çıxış edən “Sakaryaspor”la üz-üzə gəlib. Qarşılıqlı hücumlar şəraitində keçən matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Bakı təmsilçisinin heyətində yeni transfer Qodsvey Donyo fərqlənib.

Qeyd edək ki, “Neftçi” hazırlıq çərçivəsində daha 2 yoxlama matçı keçirməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti