...

Financial Chain Corporation gənc gimnastın rəsmi sponsorudur (FOTO)

İdman Materials 6 Fevral 2024 16:06 (UTC +04:00)
Financial Chain Corporation gənc gimnastın rəsmi sponsorudur (FOTO)

Bakı. Trend:

Financial Chain Corporation “ilklər”ə imza atmaq ənənəsini davam etdirir. Bu dəfə idmana böyük dəyər verilən ölkəmizdə gimanstikanın inkişafını dəstəkləyərək Şirkət “Pro Sport Club”-ın gənc və istedadlı gimnastı Züleyxa Şabanova ilə sponsorluq haqqında müqavilə imzaladı.

Müqaviləyə əsasən Financial Chain Corporation rəsmi sponsor qismində gənc gimnastı idman geyimləri, ləvazimatları, aksesuarları, suvenirləri, həmçinin zəruri hallarda maliyyə vəsaitləri ilə təmin edəcək.

Bununla bərabər müxtəlif ölkələrdə keçirilən turnir və idman tədbirlərində gimnastın iştirakı üçün gediş-gəliş və orada yaşamaq xərclərini, eləcə də tibbi sığortasını da şirkət öz üzərinə götürüb.

Heç şübhəsiz ki, bu da öz növbəsində 9 yaşlı Züleyxanın idman fəaliyyətinin istər ölkəmizdə, istərsə də ölkə hüdudlarından kənarda inkişafı və tanınmasına öz töfhəsini verəcəkdir.

“İdmana 6 yaşında başlamışam, artıq 3 ildir ki, gimnastika ilə məşğul oluram, gimnastikanı çox sevirəm” – gənc gimnast bildirib. Ölkəmizin bayrağını dünya çempionatlarında dalğalandırmaq arzusunda olan Züleyxa artıq gənc yaşlarında uğurlara imza atmağı bacarıb. Hazırda istedadlı və perspektivli gimnast mart ayında ölkə paytaxtında yerli klubların iştirakı ilə keçiriləcək turnirə və apreldə Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçiriləcək beynəlxalq turnirə tam gücü ilə hazırlaşır.

https://f-chain.com/financial-chain-corporation-is-the-official-sponsor-of-the-young-gymnast/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti