...

Tokayev Azərbaycan və Ermənistanın Almatıda danışıqlar keçirmək barədə razılaşmasını alqışlayıb

Siyasət Materials 1 May 2024 12:48 (UTC +04:00)
Tokayev Azərbaycan və Ermənistanın Almatıda danışıqlar keçirmək barədə razılaşmasını alqışlayıb
Madina Usmanova
Madina Usmanova
Bütün xəbərlər

Astana. Trend:

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistanın Almatıda danışıqlar keçirmək barədə razılaşmasını alqışlayıb.

Trend "Akorda"ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin Azərbaycan və Ermənistan arasında Almatıda keçiriləcək danışıqlar prosesinə dair bəyanatında deyilir.

"Azərbaycan Respublikası və Ermənistan Respublikasının Qazaxıstan tərəfinin təklifi ilə iki dövlət arasında sülh sazişinin hazırlanması üzrə xarici işlər nazirlərinin danışıqlar keçirmək barədə razılaşmasını alqışlayıram.

Bu mühüm tədbirin 1991-ci ilin dekabr ayında MDB ölkələrinin müstəqil inkişafının əsaslarını möhkəmləndirən və dövlətlərarası sərhədlərin müəyyən edilməsi prinsiplərini təsdiqləyən tarixi Alma-Ata bəyannaməsinin imzalandığı Almatıda keçirilməsi simvolikdir.

İnanıram ki, qarşıdakı görüş Azərbaycan-Ermənistan razılaşmalarının praktikada reallaşdırılacağına xidmət edəcək və Cənubi Qafqazda tezliklə möhkəm və uzunmüddətli sülhün bərqərar olmasına imkan yaradacaq", - bəyanatda deyilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti