...

İdman vasitəsilə zorakılığın qarşısını almağa çalışırıq - Malavi Qlobal idman proqramının təmsilçisi

Siyasət Materials 1 May 2024 12:25 (UTC +04:00)
İdman vasitəsilə zorakılığın qarşısını almağa çalışırıq - Malavi Qlobal idman proqramının təmsilçisi
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Biz idman vasitəsilə zorakılığın qarşısını almağa çalışırıq.

Trend-in məlumatına görə, bunu Malavi Qlobal idman proqramının təmsilçisi Grasiyan Mkandavire Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda panel müzakirələri zaman deyib.

O qeyd edib ki, idmanla məşğul olmaq insanı həyatda müsbət yönümdə dəyişməsinə kömək edir.

“Biz bu istiqamətdə fəaliyyətimizi genişləndirməliyik. Bir çox hallarda gənclərin sosial vəziyyəinin aşağı olmasından istifad edib onları pis vərdişlərə cəlb edirik. Biz çalışırıq ki, gəncləri həyata keçirdiyimiz layihələrə cəlb etməklə onları mənfi təsirlərdən qoruyaq. Biz bir neçə proqramlar həyata keçirmişik.

Hesab edirəm ki, bu gün burada apardığımız müzakirələr gələcək fəaliyyətimizdə bizim üçün faydalı olacaq”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti