...

"Naxçıvan Bank"ın maliyyə problemli yoxdur - Taleh Kazımov

İqtisadiyyat Materials 1 May 2024 12:43 (UTC +04:00)
"Naxçıvan Bank"ın maliyyə problemli yoxdur - Taleh Kazımov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"Naxçıvan Bank"ın maliyyə problemli yoxdur.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov uçot dərəcəsinin parametr dəyişikliyinə həsr olunmuş mətbuat konfransında deyib.

O, bankın öz kredit portfelinin bir hissəsini Kapital Bank-a satdığını xatırladıb.

"Bu qərar bankın səhmdarları tərəfindən qəbul olunub. Hətta indi də səhmdarlar müəyyən məsələləri müzakirə edəcək və qərarlar verəcək. Lakin bankın maliyyə dayanıqlılığı ilə bağlı problem yoxdur", - o deyib.

İdarə Heyətinin sədri həmçinin Əmanətlərin Sığortalanması Fondunun ləğv edilmiş bankların əmanətçilərinə qarşı ədalətsiz davranmadığını bildirib.

"Əmanətçilər tərəfindən əmanətlərinin geri qaytarılmadığını iddia edən çox sayda müraciətlər daxil olub. Lakin araşdırma apardıqdan sonra müəyyən etdik ki, Fond qanunvericiliyə əsasən fəaliyyət göstərir və ərizəçilərin iddiaları əsassızdır. Mərkəzi Bankın İdarə Heyətinin sədri vəzifəsində bütün fəaliyyətim ərzində əmanətçinin depozitinin ona qaytarılmaması ilə rastlaşmamışam. Likvidasiya prosesi hər şeydən öncə Mərkəzi Bankın nəzarəti altında həyata keçirilir", - o deyib.

T.Kazımov Mərkəzi Bankın uzun müddətli depozit yerləşdirilməsini təşviq etmək niyyətində olduğunu əlavə edib.

"Bu il 1 yanvar tarixinə olan məlumatlara əsasən, əhalinin əmanətlərinin 82-32 faizi Azərbaycan banklarında bir illik müddətə yerləşdirilib. Əmanətçilərin 72-75 faizi 30 min manatadək məbləğdə depozitlər yerləşdirirlər. Əhalini uzunmüddətli əmanətlərə təşviq etmək üçün Mərkəzi Bank Əhalinin depozitlərdən gələn gəlirinə vergi qoymağı (10 faiz) və minimum 18 ay müddətinə yerləşdirilmiş əmanətləri vergidən azad etməyi təklif edib", - deyə o əlavə edib.

Xatırladaq ki, mayın 1-də Mərkəzi Bankı uçot dərəcəsini 7.5%-dən 7.25%-ə endirib. Faiz dəhlizinin yuxarı həddi 8.5%-dən 8.25%-ə endirilib, aşağı həddi isə 6.25% səviyyəsində dəyişməz saxlanılıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti