...

Lazımi alətlər hazırlamalıyıq ki, insanların ürəyi və beyni dəyişsin - Migel Moratinos

Siyasət Materials 1 May 2024 12:33 (UTC +04:00)
Lazımi alətlər hazırlamalıyıq ki, insanların ürəyi və beyni dəyişsin -  Migel Moratinos
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Biz lazımi alətlər hazırlamalıyıq ki, insanların ürəyi və beyni dəyişsin.

Trend-in məlumatına görə, BMT Baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi cənab Migel Moratinos Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda panel müzakirələri zaman deyib.

O qeyd edib ki, gənclər inanmalıdır ki, daha yaxşı dünya qurmaq mümkündür.

“Uğurlu olan həmkarlarımız var. Bu o deməkdir ki, dəyişmək mümkündür. Biz bəşəriyyəti qorumalıyıq. Biz bir-birimizə kompromisə getməliyik. Biz birgə işləməliyik ki, həm planetimizi, həm bəşəriyyətimizi qorumalıyıq”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti