...

İngiltərə Premyer Liqası: “Liverpul” lider olub, Londonda qol şousu

İdman Materials 5 Aprel 2024 03:34 (UTC +04:00)
İngiltərə Premyer Liqası: “Liverpul” lider olub, Londonda qol şousu

Bakı. Trend:

İngiltərə Premyer Liqasının 31-ci turunun son oyunları məhsuldar keçib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, iki qarşılaşmada qapılara 10 qol vurulub.

“Liverpul” öz meydanında qələbə qazanaraq, lider mövqeyini geri qaytarıb. “Qırmızılar” “Şeffild Yunayted”i 3:1 hesabı ilə məğlub ediblər.

“Çelsi” öz meydanında “Mançester Yunayted”lə bacarmayıb. “Zadəganlar” ilk 20 dəqiqədə 2:0 hesabı ilə önə keçsələr də, “qırmızı şeytanlar” geridönüş edərək 3 qol vurublar. Amma əsas vaxta əlavə olunmuş dəqiqələrdə “Çelsi” 2 qol vuraraq, 4:3 hesabı ilə qalib gəlib.

Londonluların heyətində Palmer het-trik edib. O, 90+10-cu və 90+11-ci dəqiqələrdə həlledici qolları rəqib qapısından keçirib.

İngiltərə Premyer Liqası
31-ci tur

“Liverpul” – “Şeffild Yunayted” – 3:1
“Çelsi” – “Mançester Yunayted” – 4:3

Məqalədə:
Xəbər lenti

Xəbər lenti