...

Millimizin Macarıstan qazancı

İdman Materials 12 İyun 2024 09:52 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan millisinin Macarıstanda keçirilən yoldaşlıq oyunlarındakı qazancı bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Albaniya və Qazaxıstanla görüşlər komandamızın FİFA reytinqinə 2,1 xal gətirib.

İlk matçdakı məğlubiyyət 3,2 xal itkisi ilə nəticələnib. Son oyundakı qələbə isə 5,3 xallıq qazancla yekunlaşıb.

Son cədvəldə 1177,83 xalla 112-ci olan Arif Əsədovun yetirmələri aktivini 2,1 xal artırıb.

7 iyun
Azərbaycan – Albaniya – 1:3
Məğlubiyyət: -3,2

11 iyun
Azərbaycan – Qazaxıstan – 3:2
Qələbə: 5,3

Qeyd edək ki, FİFA reytinq siyahısını iyunun 20-də açıqlayacaq.

Xəbər lenti

Xəbər lenti