...

Bakıda gimnastika üzrə Dünya kuboku keçiriləcək

İdman Materials 1 Aprel 2025 10:53 (UTC +04:00)
Bakıda gimnastika üzrə Dünya kuboku keçiriləcək
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

18-20 aprel tarixlərində Bakıda, Milli Gimnastika Arenasında “Bədii gimnastika üzrə FIG Dünya kuboku, AGF Trophy” keçiriləcək.

Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

3 gün ərzində baş tutacaq yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə öz bacarıqlarını sərgiləyəcəklər.

Ənənəyə uyğun olaraq bu kubokda da ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.

Bədii gimnastların maraqlı və rəngarəng performanslarını izləmək istəyən tamaşaçılar biletləri iticket.az saytından və şəhərin kassalarından əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti