...

9 bank üzrə 252 milyon manatdan artıq kompensasiya ödənilib

İqtisadiyyat Materials 16 Sentyabr 2016 14:37 (UTC +04:00)
Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 252 milyon 367 min manatdan artıq kompensasiya ödənilib.
9 bank üzrə 252 milyon manatdan artıq kompensasiya ödənilib

Bakı. Azad Həsənli – Trend:

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən sentyabrın 15-də “Parabank” ASC-nin qorunan əmanətçilərinə 30 milyon 268 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 43 milyon 995 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 16 milyon 852 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 763 min manatdan artıq kompensasiya ödənilib.

Trend-in ADIF-ə istinadən verdiyi məlumata görə, 4 bank üzrə ümumilikdə 93 miyon 878 min manatdan artıq kompensasiya ödənilib.

Sentyabrın 15-də “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 12 milyon 176 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 527 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 13 milyon 703 min manatdan artıq kompensasiya ödənilib.

Sentyabrın 15-də “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 925 min 721 manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 770 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 144 milyon 786 min manatdan artıq kompensasiya ödənilib.

Ümumilikdə, Fond tərəfindən 9 bank üzrə 252 milyon 367 min manatdan artıq kompensasiya ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti