...

MDB-nin qabaqcıl tikinti şirkətləri müəyyən ediləcək

İqtisadiyyat Materials 1 Mart 2017 09:17 (UTC +04:00)
MDB dövlətlərinin tikinti sahəsində əməkdaşlığa dair Hökumətlərarası Şurası tikinti kompleksində fəaliyyət göstərən qabaqcıl müəssisələrin müəyyən edilməsi məqsədilə hər il ən yaxşı tikinti və layihə təşkilatı, tikinti materialları istehsalçısı və tikinti sənayesi müəssisəsinə dair müsabiqə təşkil edir.
MDB-nin qabaqcıl tikinti şirkətləri müəyyən ediləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

MDB dövlətlərinin tikinti sahəsində əməkdaşlığa dair Hökumətlərarası Şurası tikinti kompleksində fəaliyyət göstərən qabaqcıl müəssisələrin müəyyən edilməsi məqsədilə hər il ən yaxşı tikinti və layihə təşkilatı, tikinti materialları istehsalçısı və tikinti sənayesi müəssisəsinə dair müsabiqə təşkil edir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Trend-ə verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd MDB ərazisində tikinti sahəsində qabaqcıl şirkətlərin müəyyən edilməsi və mükafatlandırılmasıdır.

Müsabiqə tikinti və layihə təşkilatlarının, tikinti materialları və tikinti sənayesi müəssisələrinin yerinə yetirdikləri iş (istehsal, xidmət) həcmləri və fəaliyyətinin əsas göstəricilərini nəzərə almaqla keçirilir. Müsabiqə iştirakçıları və qaliblər ən yaxşı tikinti və layihə təşkilatı, tikinti materialları istehsalçısı və tikinti sənayesi müəssisəsinə dair Beynəlxalq müsabiqənin qalibi diplomları, və müsabiqənin iştirakçısı şəhadətnamələri ilə təltif edilirlər.

Müsabiqədə iştirak etmək istəyən müəssisə və təşkilatlar aprelin 25-dək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edərək müvafiq formaları və müsabiqədə iştirak ilə bağlı əlavə məlumatları əldə edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti