...

Xaçmazda yeni avtomobil körpüsü inşa edilib (FOTO)

İqtisadiyyat Materials 10 Noyabr 2017 17:08 (UTC +04:00)
Xaçmaz rayonunda sel nəticəsində tamamilə sıradan çıxmış avtomobil körpüsü sökülərək yenisi ilə əvəzlənib.
Xaçmazda yeni avtomobil körpüsü inşa edilib (FOTO)

Bakı. Trend:

Xaçmazda sel nəticəsində tamamilə sıradan çıxmış avtomobil körpüsü sökülərək yenisi ilə əvəzlənib.

“Azəravtoyol” ASC-dən Trend-ə verilən məlumata görə, yeni körpü Xaçmaz rayonunun Qaraçay-cek və Aşağı Zeyid kəndləri arasında Qaraçay üzərində inşa edilib.

Yeni avtomobil körpüsü 1 aşırımlı olmaqla 14 metr uzunluğunda və 5.5 metr enindədir. Körpünün konstruksiyası dəmir-betondur və 60 ton ağırlığa hesablanıb.

Qeyd edək ki, bu ilin sentyabr ayında yağan intensiv yağışlardan sonra Qaraçayda yaranan sel suları bundan öncəki körpünün orta dayağını yuyaraq dağıtmışdı. Nəticədə 12 metr uzunluğunda və 4.5 metr enində olan körpü iki hissəyə bölünmüşdü.

Tikinti işləri qısa müddətdə (22 gün) yekunlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti