...

Kiçik sahibkarların ABAD-la əməkdaşlığı müzakirə edilib (FOTO)

İqtisadiyyat Materials 26 Dekabr 2017 17:04 (UTC +04:00)
İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Kiçik sahibkarların ABAD-la əməkdaşlığının qurulmasına dəstək” mövzusunda tədbir keçirilib.
Kiçik sahibkarların ABAD-la əməkdaşlığı müzakirə edilib (FOTO)

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Kiçik sahibkarların ABAD-la əməkdaşlığının qurulmasına dəstək” mövzusunda tədbir keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının, eləcə də 200-dək kiçik sahibkarlıq subyektinin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Prezidentinin iqtisadi siyasət kursuna uyğun olaraq, qeyri-neft sektorunun inkişafında, iqtisadiyyatın diversifikasiyası və rəqabətqabiliyyətliliyinin artırılmasında, yüksək əlavə dəyər yaradan ixraca yönələn məhsul istehsalının genişləndirilməsində, məşğulluğun təmin edilməsində kiçik və orta sahibkarlığın rolunu vurğulayıb. Tədbirdə dövlət başçısının 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Strateji Yol Xəritələri üzrə İqtisadiyyat Nazirliyi tərəfindən kiçik və orta sahibkarlığın inkişafı, o cümlədən qadın sahibkarlığının inkişafı istiqamətində stimullaşdırıcı mexanizmlərin tətbiqi, Sahibkar Qadınlar Assosiasiyasının və qadınlar üçün biznes-inkubatorların yaradılması, əl əməyi ilə məşğul olan kiçik sahibkarların bacarıqlarının artırılmasına yönəlmiş təşviqat tədbirlərinin və sərgilərinin keçirilməsinin, “ABAD” publik hüquqi şəxslə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “ABAD” publik hüquqi şəxsi tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələrinin həyata keçirildiyini qeyd edib, kiçik sahibkarların əl işlərinin daha çox insanlara çatdırılması üçün İqtidisadiyyat Nazirliyi ilə əməkdaşlığın davam etdiriləcəyini bildirib.

Sonra kiçik və orta sahibkarlıq subyektlərinin təklifləri dinlənilib, onların biznes layihələrinin dəstəklənməsi məsələlərinə dair müzakirələr aparılıb.

Tədbirdə çıxış edən sahibkarlar belə tədbirlərin keçirilməsinin sahibkarlıq fəaliyyətinin genişlənməsinə təkan verdiyini vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti