...

Bakıda növbəti bal yarmarkası - FOTOREPORTAJ

İqtisadiyyat Materials 8 Oktyabr 2018 18:59 (UTC +04:00)
Tofiq Bəhramov adına Respublika stadionunun ərazisində arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçirilir.
Bakıda növbəti bal yarmarkası - FOTOREPORTAJ

Bakı. Trend:

Bakıda Tofiq Bəhramov adına Respublika stadionunun ərazisində arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçirilir.

Oktyabrın 28-dək davam edəcək yarmarkada 120 ton bal, həmçinin digər arıçılıq məhsulları, o cümlədən arı südü, çiçək tozu, güləm satışa çıxarılıb.

Qeyd edək ki, ümumilikdə Azərbaycanda 271 682 arı ailəsi var. Hər arı ailəsindən illik məhsuldarlıq orta hesabla 10 kq, respublika üzrə illik bal istehsalı 3 min ton, bal istehlakı isə 5 min tondur. Ən çox arı ailəsi Zaqatala (17 097), Astara (12 429), Qax (9125), Lerik (8669) və Balakəndədir (8.581).

Trend bal yarmarkasından fotoları təqdim edir.

FOTO - Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti