...

KOB evində göstəriləcək xidmətlərin elektron platforması yaradılacaq

İqtisadiyyat Materials 1 May 2019 14:18 (UTC +04:00)
KOB evində göstəriləcək xidmətlərin elektron platforması yaradılacaq
KOB evində göstəriləcək xidmətlərin elektron platforması yaradılacaq

Bakı. Ayşəm Rüstəmova - Trend:

KOB evində göstəriləcək xidmətlərin elektron platforması (e-KOB evi) yaradılacaq.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə yönələn dövlət dəstəyi tədbirlərinin ünvanlılığını təmin etmək üçün Nazirlər Kabinetinin qərarı ilə "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları" təsdiq edilib:

“Sahibkarlara 32 dövlət qurumu tərəfindən 110-a yaxın xidmətlərin göstərilməsi, bu xidmətlərin əldə edilməsi üçün konsaltinq dəstəyi göstərən ilk KOB evinin yaradılması mikro, kiçik və orta sahibkarlığın inkişafına müsbət təsir edəcək”.

N.Səfərov bildirib ki, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılması məqəsdi ilə 2018-ci ildə Azərbaycan Kredit Bürosu və Daşınar Əmlakın Yüklülüyü Reyestri fəaliyyətə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti