...

"Aqrarkredit": Beynəlxalq Bankın problemli kreditlərindən 3.2 milyard manatdan çoxu ödənilib

İqtisadiyyat Materials 24 Oktyabr 2019 15:49 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankından 9600-dən çox problemli aktiv qəbul etmişdik.
"Aqrarkredit": Beynəlxalq Bankın problemli kreditlərindən 3.2 milyard manatdan çoxu ödənilib

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Beynəlxalq Bankından 9600-dən çox problemli aktiv qəbul etmişdik. Bu günə qədər 3.2 milyard manatdan çox borc ödənilib.

Trend-in məlumatına görə, bunu "Aqrarkredit" QSC-nin İdarə Heyətinin sədri, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev bu gün Yeni Azərbaycan Partiyasının binasında keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, 1300-dən çox borclunun borcu ödənilib:

"Bu sahədə işlər davam etdirilir, mümkün olduğu halda kreditlər restrukturizasiya edilir. Kredit borcu olanlardan 4 mindən çoxu fiziki şəxslərdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti