...

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda rənglənmə işləri aparılacaq

İqtisadiyyat Materials 29 Noyabr 2019 11:29 (UTC +04:00)
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda rənglənmə işləri aparılacaq
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda rənglənmə işləri aparılacaq

Bakı. Samir Əli - Trend:

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, 29-30 noyabr tarixlərində saat 10:00-dan başlayaraq saat 17:00-dək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 10-20-ci km hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə Trend Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Bu üzdən sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti