...

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat Materials 12 Fevral 2021 10:17 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb

Bakı. Zeyni Cəfərov, Orxan Nəbiyev - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 11-də 62,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,06 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 61,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,06 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,09 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 61,32 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,08 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti