Bakı. Trend:
Bu gün Moskvada “WorldFood Moscow 2021” sərgisi öz işinə başlayıb.
İqtisadiyyat Nazirliyindən Trend-ə bildirilib ki, sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanın 20-dən çox şirkətinin istehsalı olan meyvə şirələri, müxtəlif növ şərablar, təbii mineral sular, çay, süd məhsulları, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və s. məhsullar “Made in Azerbaijan” vahid ölkə stendi ilə nümayiş olunur.
Sentyabrın 24-dək davam edəcək sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirəcək, məhsul ixracına dair müzakirələr aparacaqlar.