...

Azərbaycan Özbəkistandan lift, eskalator və qaz sayğacları alacaq

İqtisadiyyat Materials 3 Yanvar 2022 14:54 (UTC +04:00)
Azərbaycan Özbəkistandan lift, eskalator və qaz sayğacları alacaq

Bakı. Sədrəddin Ağcayev - Trend:

Özbəkistanın “Texnopark” şirkəti Azərbaycanın tikinti şirkətləri ilə lift və eskalatorların, sənaye və yarımsənaye kondisioner sistemlərinin tədarükünə dair müqavilələr imzalayıb.

Bu barədə Trend-ə "Texnopark"ın İxracın İnkişafı və Xarici İqtisadi Fəaliyyət Departamentinin meneceri Sanjarbek Odilov məlumat verib.

Onun sözlərinə görə, gələcəkdə Azərbaycan bazarına smart qaz sayğacları, məişət nasosları kimi məhsullarla, eləcə də istehsalı üçün 2022-ci ildə işə salınması planlaşdırılan zavodun mis boruları və figər məhsullarla çıxmaq planlaşdırılır.

"Bundan əlavə, biz Özbəkistanda sənaye qazanları istehsalı zavodunu, eləcə də mallarımızın bütün Özbəkistan ərazisində və ixracımızın istiqamətləndirildiyi ölkələrə - Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Azərbaycan, Rusiya, Monqolustana daşınmasına xidmət edəcək logistika mərkəzini işə salmağı planlaşdırırıq", - deyə S.Odilov vurğulayıb.

Qeyd edək ki, bu günə qədər "Texnopark" şirkəti smart qaz sayğaclarının, liftlərin, eskalatorların, sənaye və yarımsənaye kondisioner sistemlərinin, soyuducu sistemlərin, dondurucu sistemlərin, o cümlədən Samsung markalı məişət nasoslarının, soyuducuların və paltaryuyan maşınların istehsalı üzrə 17 nəzərdə tutulan layihədən 10-nu uğurla başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti