...

Son iki ayda əmək haqqı fondu 8,4 faiz artıb

İqtisadiyyat Materials 15 Mart 2022 12:48 (UTC +04:00)
Son iki ayda əmək haqqı fondu 8,4 faiz artıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ölkəmizdə əməkhaqlarında və əmək müqavilələrinin sayında baş verən ardıcıl artımlar illik əmək haqqı fondunun mütəmadi artmasını şərtləndirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, 2022-ci ilin yanvar-fevral aylarında da Azərbaycanda əmək haqqı fondunda 8,4 faiz artım qeydə alınıb.

Xatırladaq ki, son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əmək haqqı 35 faiz, median əmək haqqı 74 faiz artıb. Bu dövrdə illik əmək haqqı fondunda isə 2 dəfə artım baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti